İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İvtixar Piriyev hazırda həbsdə olan İmişli rayonunun sabiq icra başçısı Vilyam Hacıyevə şeir həsr edibmiş.
Qazilər.az “Ölkə.Az”a istinadən xəbər verir ki, Piriyev şeirdə V.Hacıyevin Samux və Göygöl rayonlarındakı fəaliyyətinə toxunub və onun hər iki rayonu zövqlə qurduğunu nəzmə çəkib. Növbəti bəndlərdə isə icra başçısının İmişlidə abadlıq-quruculuq işləri gördüyünə eyham edilir. Sözügedən şeirin bir neçə bəndini diqqətinizə çatdırırıq.Qeyd edək ki, İvtixar Piriyev ötən gün siyahısı açıqlanan Prezident mükafatçılarından biridir.
Xatırladaq ki, V.Hacıyev DTX-nın 5 may tarixində keçirdiyi əməliyyat nəticəsində həbs edilib.