Britaniyadakı məscidlər pandemiya səbəbiylə bağlı qaldığı və xüsusən Ramazan ayında müsəlmanların məsciddə ibadət etməyi arzuladığı bir vaxtda 8 yaşlı Yahya Murad vəziyyətdən çıxmaq üçün orijinal bir yol tapıb.
Moderator.az bu haqda xarici İslam saytlarına istinadla xəbər verir.Bredford şəhərindən olan britaniyalı məktəbli ümidsizliyə qapılmaq əvəzinə, otağında müsəlman məbədinin atmosferini yaratmaq qərarına gəlib. Müsəlman uşaq dəftərxana ləvazimatları, karton qutular, folqa ilə silahlanaraq işə başlayıb. Kartondan divarları yapışdırıb, pəncərələri kəsib, döşəməyə Məkkəyə doğru istiqamətlənmiş kilimlər salıb. İslam memarlığı üçün ənənəvi olan həndəsi naxışlar Yahya tərəfindən flomaster və boya ilə təsvir edilib.
"Buna bir həftə vaxtım getdi, bəzi hissələri boya ilə boyayır və qurumasını gözləyirdim" - deyə inadcıl müsəlman məktəbli söyləyib.