Bu gün “İkar” asteroidi Yer kürəsinə çox yaxınlaşacaq. Lakin bu, təhlükəli olmayacaq. APA-nın xəbərinə görə, bu barədə NASA-nın yaydığı məlumatda deyilir.
“İkar”ın Yer kürəsi ilə yaxınlaşmasının Bakı vaxtı ilə 17.39-da müşahidə olunacağı gözlənilir. Asteroidlə planetimiz arasındakı məsafə 8 mln. km təşkil edəcək. Bu, Yer kürəsi ilə Ay arasındakı məsafədən 21 dəfə çoxdur.“İkar” Yer kürəsinə hər 9, 19 və 38 ildən bir yaxınlaşır. Növbəti yaxınlaşma 2090-cı ilin 14 iyun tarixində baş verəcək. Həmin vaxt Yer kürəsi ilə asteroid arasındakı 6,5 mln. km təşkil edəcək. Qeyd edək ki, “İkar”ın diametri 1 kilometrə yaxındır.