Bakıdakı “Retro” Avto Klubda antik avtomobillərin sərgisi keçirilib. Sərgidə 15-dək maşın nümayiş etdirilib.
Paytaxt sakinləri tərəfindən maraqla qarşılanan sərginin bundan sonra hər həftənin bazar günü keçirilməsi nəzərdə tutulur.Klub 2003-cü ildən fəaliyyət göstərən klub ümummilli lider Heydər Əliyevin yubileyinə, Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə, 28 May-Respublika Gününə həsr olunan yürüşlər təşkil edib. Həmçinin Azərbaycan Nəqliyyat Nazirliyinin təşkilatçılığı ilə antik avtomobillərin Qubaya yürüşü keçirilib.
“Retro” Avto Klubu Azərbaycan Mədəniyyət və Turizm Nazirliyində antik muzey kimi qeydiyyatdan keçib. Buradakı ən qədim avtomobil 1936-cı ildə ABŞ-da istehsal olunan “Buck” markalı maşındır.