Türkiyənin Çorum şəhərində 86 yaşlı Cəlal Fakı adlı yaşlı şəxs 155 saylı polis xəttinə (koronavirusla bağlı tənha qocalara xidmət) zəng vuraraq bitmiş dərmanlarının alınmasını sifariş edib.
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Cəlal baba dərmanlarını gətirən polisdən onu evləndirməsinə yardımçı olmağı xahiş edib."Məni evləndirin, yalqızam yalqız. 70 yaşında bir qadınla da evlendirsəniz olar” - deyib.
Babanın istəyinə gülən polislər: "Cəlal əmi, evləndirmə işinə qarışmayaq. Beləcə ara-sıra səni ziyarət edək ve ehtiyaclarını qarşılayaq" deyə cavab veriblər.