Alimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMA

Alimlər canlının yaddaşını silə biliblər - ARAŞDIRMA backend

Tokio Universitetinin alimləri yaddaşı silməyin yolunu tapıblar.

“Report” “Neuroscience” jurnalına istinadən xəbər verir ki, araşdırmaçılar təcrübəni meyvə milçəyi (Drosophila) üzərində aparıb və nəticə əldə etmək üçün onu uzun müddət qaranlıqda saxlayıblar.

Belə ki, uzun müddət cütləşməyən erkək meyvə milçəyi travma alır və bu da onun yaddaşında xatirə kimi qalır. Nəticədə zamanla dişiləri izləməkdən vaz keçir. Ancaq alimlər erkək milçəyi ən az iki gün tam qaranlıqda saxlayıblar. Bu zaman onun xatirələri silinib və özünü keçmişdəki kimi aparıb.

Beləliklə, işığın yaddaşın saxlanılmasında çox vacib rol oynadığı ilk dəfə təsdiqlənib. Bioloqlar bu effektə cavabdeh olan molekulyar prosesi aydınlaşdıra biliblər. Proses yaddaş və öyrənməyə cavabdeh olan zülalla bağlıdır.

Araşdırmaçıların fikrincə, onların kəşfi gələcəkdə insanların travmatik xatirələrdən qurtulmasına yol açan müalicənin metodik əsası ola bilər. Bunu yalnızca dərman deyil, həm də kənar faktorların vasitəsilə etmək mümkün olacaq.
Diaspora