Çində insanları evlərinə həbs edən KORONA boşanmaları artırdı – REKORD müraciət

Çində insanları evlərinə həbs edən KORONA boşanmaları artırdı – REKORD müraciət backend

Çində evlərində həbs həyatı yaşayan cütlüklərin boşanmaq üçün rekord sayda müraciət etdikləri müşahidə edilib.

Qazilər.az Türkiyə mediasına istinadla xəbər verir ki, yeni növ koronavirusun yayılması Çində on milyonlarla insanların evlərində karantin altında qalmasına və bunun da ağlagəlməz bir problemlə nəticələnməsinə səbəb olub.

Belə ki, karantin altına alınan cütlüklər arasında boşanmada rekord yaşanır. Çin mediası müraciətlərin çoxluğundan dolayı martın 18-nə kimi prosesi müvəqqəti dayandırdığını bildirib.

Xəbərlərdə cütlüklərin karantin şəraitində bütün günü evdə baş-başa qaldıqları, gün ərzində bir-birilərinin üzündən başqa heç kimi görmədikləri üçün dalaşıb, yola getmədikləri və bunun da kütləvi boşanmalara şərait yaratdığı qeyd edilib.

Firuzə Alimova
Diaspora