Wi-Fi suvarma su ehtiyaclarını ödəməyə yardımçı olacaq. QAZİLER.AZ saytı İKT.lent.az-ın "news.discovery.com"a istinadən xəbər verir ki, mövcud avtomatik suvarma sistemi "Rachio" şirkətinin istehsalı olan Wi-Fi suvarma sistemi ilə əvəz olunacaq.
Bu sistem internetə qoşularaq ev sahiblərinə suvarmanı smartfonla idarə etməyə imkan yaradacaq. Suyun səmərəli istifadəsini artıran digər funksiyalarla yanaşı, aparat su sərfinə 30 faizə qədər qənaət edir.
Proqramçı mühəndislər olan Kris Klein və Franz Garsombke aparatı 2012-ci ildəki Kolorado quraqlığından sonra yaratmaq fikrinə düşüblər. İnternetə qoşula bilən bu smart aparat hava haqqında da məlumat verir və yağış yağan zaman suvarma dayandırılır. Həmçinin "Rachio" smart suvarma hər mövsümə görə suvarmanı uyğunlaşdırır ki, bu da su udulmasına və otların köklərinin dərindən inkişafına şərait yaradır.
Aparatdan quraq ölkələrin sakinləri, eləcə də ev sahibləri su ödənişlərini azaltmaq məqsədilə yararlana bilər.