Çinin Altay əyalətində bir çoban heyvanları otararkən kolluqda sarı rəngli naməlum kristal tapıb. Bu 8 kiloqram ağırlıqlı, 23 sm hündürlüyü, 18 sm eni olan qəribə görünüşlü bir daş olub.
Lent.az-ın məlumatına görə, tapdığı daşın qızıl olmasını və 200 min İsveçrə frankı dəyərinin olduğunu öyrənən çobanın sevinci yerə-göyə sığmayıb. Çin qanunlarına görə bu tip tapıntılar, dövlətə yox, onu tapan insana aid olur. Elə bu xəbərdən sonra da mal-qara otarmağın daşını atan çinli yeni həyata başlayıb.