Fransanın Reyunyon adasında köpəkbalığı Şotlandiyadan olan turisti parçalayıb
Qaziler.az bildirir ki, bu barədə Daily Mail nəşri yazıb.Keçən şənbə günü həyat yoldaşı ilə dincəlməyə gələn 44 yaşlı səyahətçi Hind okeanında üzməyə yollanıb və itkin düşüb. Arvadı tərəfindən axtarış- xilasetmə əməliyyatı təşkil edilən turist vertolyot, dəniz gəmiləri, dalğıc və axtarış itlərinin köməyi ilə axtarılsa da heç bir nəticə əldə edilməmişdi.
Bir neçə gündən sonra çimərliklərin yaxınlığında turistlər üçün təhlükə yaradan köpəkbalığı aşkar edilib. Yırtıcı balığı tutanlar onun qarnında itən turistin nişan üzüyü olan əlini tapıblar.
İnsan qalıqları DNT müayinəsinə göndəriləcək. Lakin itkin şotlandiyalının arvadı ərinin üzüyünü tanıyıb.