Əli bəy Hüseynzadənin sevgi məktubu - O qızın kimliyi heç vaxt bilinmədi

Əli bəy Hüseynzadənin sevgi məktubu - O qızın kimliyi heç vaxt bilinmədi backend

Yutub kanalında XX əsr Azərbaycan mətbuatı və publisistikası sahəsində müstəsna xidmətləri olan Əli bəy Hüseynzadənin sevgi məktubu yerləşdirilib.

Qaziler.az bildirir ki, Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri olan Əli bəy Hüseynzadə uzun müddət alim, həkim, rəssam, şair, tənqidçi, tərcüməçi, müəllim, jurnalist kimi fəaliyyət göstərmiş, bu sahələrin hər birində özünəməxsus iz qoymuşdur.

Vikipediyada Əli bəy Hüseynzadənin ailəsi haqda bunlar yazılıb:

"Əli bəy Hüseynzadə özünün yazdığına görə "24 fevral 1864-cü ildə Qafqaz Azərbaycanında Kür nəhri sahilində" yerləşən Salyan şəhərində anadan olub. Atası "Tiflis Müsəlman Məktəbinin müəllimlərindən Molla Hüseyn Hüseynzadə" anası "Xədicə Qafqaz şeyxülislamı Axund Əhməd Hüseynzadənin qızıdır".

Salyandan Tiflisə köçüb buradakı ruhani məktəbində riyaziyyat müəllimi işləyən Molla Hüseyn və Xədicə xanım vəfat edəndə övladlarının — Əli bəyin 6, İsmayılın isə 2 yaşı vardı.


1911-ci ildə İstanbulda əslən çərkəz olan süvari zabiti Şəmsəddin bəyin qızı Əthiyə xanımla evlənən Əli bəyin üç övladı var: 1914-cü il aprelin 6-da, bazar ertəsi, axşam saat səkkizdə Saida bəyim, 1915-ci il iyun ayının 9-da, çərşənbə günü saat 11-də Səlim Turan, 1920-ci ilin 31 dekabrında Feyzavər dünyaya gəlib. Səlim Turan Şahiqə xanımla, Feyzavər uzun illər vali işləmiş Əli Alpsarla, Saida atom fizikası üzrə professor, İngiltərə Akademiyasının həqiqi üzvü olmuş Mustafa Santurla ailə qurub. Rəssam Səlim Turan Parisdə yaşayırdı. Abstaksionizmin dünyada tanınan təmsilçilərindən biriydi. 1995-ci ildə dünyasını dəyişdi. "Feyzavər Üsküdardakı Qız İnstitutunu bitirdikdən sonra Gözəl Sənətlər Akademisinə davama başladı" (Ə.Hüseynzadə). İstanbulda məşhur olan Feyza Sənət Qaleriyasını açdı. Fransada ali təhsil almış Saida riyaziyyat müəllimi idi. "Qızım Saida Lyondan qayıtdığı doqquz ay qədər olar. İndiki halda "Kabataş qız lisesində matematik müəllimidir" (Ə.Hüseynzadə). Əli bəyin hər üç övladının nəsil davamı yoxdur. Onların övladları olmayıb. Beləliklə, Hüseyzadə Əli bəyin nəsli bu üç övladla tamamlanmış olur".

Əli bəy Hüseynzadənin Yutubda yerləşdirilən bu sevgi məktubunun kimə və nə vaxt yazıldığı isə bəlli deyil. Çünki ədib heç bir mənbədə sevgi məktubu yazdığı, ismini pünhan saxladığı həmin xanım haqda heç bir məlumat verməyib:



Diaspora