Qədim skiflər narkoman olub?

Qədim skiflər narkoman olub? backend

Alimlər qədim skiflərin narkoman olmasından şübhələnirlər. Belə ki, tapılmış artefaktlarda narkotik maddələrin izləri aşkar edilib. QAZİLER.AZ xəbər verir ki, Trend Rusiya mətbuatına istinadən məlumat verir ki, Stavropol diyarındakı skif kurqanlarından birində içində qolbaqlar, üzüklər, eləcə də tiryək və çətənə qalıqlarının yapışdığı qablar olan nadir qızıl artefaktlar tapılıb.

“Senqileyevskoe-2” kurqanı arxeoloq Andrey Belinskinin diqqətini hələ 2013-cü ilin yayında, kurqanın yaxınlığında elekrik xətlərinin inşası zamanı cəlb etmişdi. Əvvəlcə A.Belinski heç bir şey tapmağa ümid etmirdi. Belə ki, bu cür kurqanlardakı xəzinələr hələ qədim zamanlarda oğrular tərəfindən talan edilirdi. Lakin qazıntılar zamanı alimlər içində qızıldan məmulatlar olan nazik daşlardan ibarət düzbucaqlı otaqlar aşkar ediblər.

A.Belinski Stavropol kriminalistlərindən qabın üzərindəki qara ləkəni təhlil etməyi xahiş edib. Onlar isə orada tiryək və çətənə qalıqlarını aşkar ediblər. Bu faktlar yunan tarixçisi Herodotun Skif torpağında çətənə bitkisinin yetişdirilməsi barədə yazdıqlarını təsdiq edir: “Skiflər çətənə tumlarını götürərək yurtlara girir və onu isti daşların üstünə atırlar. Ondan elə gur tüstü və buxar qalxır ki, hər hansı Ellin hamamı onunla müqayisə oluna bilməz”.

Rus arxeoloqun və alman həmkarı Anton Qassın fikrincə, 2400 il yaşı olan qızıl qablarda tiryək tərkibli içki hazırlanırmış. Onu çətənə tumlarını yandıraraq eyni vaxtda içirmişlər.

Alimlər qabları təmizləyəndən sonra onların üzərindəki şəkillərin birində cavan döyüşçüləri öldürən qoca kişinin təsviri üzə çıxıb. İkincisində isə əfsanəvi varlıqlar olan qrifonlar atı və maralı parçalayırlar.

A.Qassın fikrincə, birinci şəkildəki səhnə skif kişilərinin Asiyaya 28 illik yürüşündən sonra arvadlarının qullarından hamilə qaldığı uşaqları ilə görüşünü təsvir edir. A.Belinski isə hesab edir ki, qabın üzərində daha erkən hadisə - skif qəbilə başçısının ölümündən sonra hakimiyyət uğrunda mübarizə təsvir edilir.

Kurqandakı qazıntılar 2014-cü ilin payızında yekunlaşıb. Arxeoloqlar orada başqa qiymətli əşyalar tapa bilməyiblər. Onlar sadəcə kurqanın ətrafında şəbəkə yolları aşkar ediblər. Güman edilir ki, həmin kurqan skiflərin böyük mərasim kompleksinin bir hissəsi olub.
Diaspora