Sevgi əngəl tanımadı: əlil oğlan və qız qoşulub qaçaraq evləndilər

Sevgi əngəl tanımadı: əlil oğlan və qız qoşulub qaçaraq evləndilər backend

Hadisə Türkiyədə baş verib

Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, Giresunda yaşayan yerimə əngəlli Yunus Güney və Ispartada yaşayan yerimə əngəlli Həcər Topbaş bir-birinə qoşulub qaçaraq evləniblər. Verilən məlumata görə, Həcər Topbaşın ailəsinin bu izdivaca razı olmaması cütlüyü belə bir addım atmağa vadar edib.

39 yaşlı Yunus Güney və 38 yaşlı Həcər Topbaş sosial mediada tanış olaraq bir-birini seviblər. 8 aylıq tanışlıqdan sonra Həcərgilə bir dəfə elçi göndərən Yunus sevdiyi qızın ailəsindən qəti olaraq rədd cavabı aldıqdan sonra Giresuna gedərək qızı götürüb qaçaraq İspartaya gətirib. Bundan sonra cütlük rəsmi olaraq evləniblər.



Qaziler.az
Diaspora