Almaniyada yaşayan qürbətçilərin toy mərasimləri almanları təəccübləndirməkdə davam edir
Qaziler.az Türkiyə mətbuatına istinadən bildirir ki, sosial mediada paylaşılan qəribə toy mərasimindən olan görüntülər diqqət çəkib.Görüntülərdə oğlan tərəfi "İzmir Marşı", məşəl və türk bayrağı ilə qız evinə doğru irəliləyir. Verilən məlumata görə, almanlar bu görüntüləri sosial mediada paylaşaraq qorxduqlarını, türklərin Almaniayanı ələ keçirməyə çalışdıqlarını zənn etdikləri haqda şərhlər yazıblar.
Qız alma alayı nədir?
Türkiyənin Anadolu və Trakiya bölgələrindəki kəndlərdə yaranan, şəhərlərdə də yaşadılan bu ənənədə oğlan tərəf zurna-təbillə qız evinə gedərək gəlini evdən dualarla çıxardırlar. Bəy və gəlin qız evinin önündə oynadıqdan sonra toy və ya nikahın olacağı yerə gedirlər.
Qaziler.az türklərin Almaniyada almanları qorxutduğu bu videogörüntünü təqdim edir: