Qatar qarın içində yoxa çıxdı

Qatar qarın içində yoxa çıxdı backend

Kanadada yük qatarı qarşısındakı qarı yararaq yoluna davam edib. Qatarın video və şəkillərini bir nəfər həvəskar çəkib. O, video və şəkilləri qatarın keçməsini gözlədiyi vaxtda lentə alıb. Görüntülərdə qatarın qalınlığı 2 metr olan qar yığınını yararaq heç nə olmamış kimi yoluna davam etdiyi görünür.

Qeyd edək ki, Kanadanın relyefi bu ölkənin iqliminə güclü təsir edir. Belə ki, ölkənin kənarlarındakı silsilə dağlar, həmçinin şimaldan Şimal Buzlu okeanı ilə əhatə olunması onun iqlimini daha da sərtləşdirir. Nəticədə yay sərin, qış isə xüsusilə şiddətli və sərt keçir. Yollar qış boyu daim qarla örtülü olur. Ölkənin cənubunda temperatur mənfi 40 dərəcəyə qədər enə bilir. Buna görə qış güclü şaxtalı küləklərlə müşayiət olunur.
Diaspora