QAZİLER.AZ BBC-yə istinadən xəbər verir ki, alimlər 3,5 milyon il bundan əvvəl yaşamış qədim insanın sümüklərini aşkar ediblər. Beynəlxalq tədqiqatçılar heyətinin Efiopiyanın Afar bölgəsində apardığı qazıntı zamanı ibtidai insanın çənə sümüyü və dişləri tapılıb.
Həmin sümük sahibinin elmə yaxşı tanış olan qədim insanlarla təxminin eyni dövrdə və coğrafiyada yaşaması alimlərin diqqətini cəlb edib.Son tapıntılar müasir insanın mənşəyinin indiyədək təssəvvür edildiyindən xeyli mürəkkəb olduğunu güman etməyə əsas verir.