QAZİLƏR saytının Amerika mediasına istinadla verdiyi xəbərə görə, yaraşıqlı xarici görünüşünə gorə 2014-ü ildə sosial səbəkələrin sevimlisinə çevrilən Amerikalı Ceremi Miks iki il azadlıqdan məhrum edilib. 31 yaşlı kişi qanunsuz silah saxladığina gorə bu müddəti federal həbsxanada keçirəcək.
Miks 2014-cü ilin iyununda ulduza çevrilib.O, həbs edilərkən şəkli Koliforniya polisinin Facebook səhifəsində cap edildikdən sonra bir həftə ərzində 96 min “bəyənmə” qazanmışdı. İnternet istifadəçisi qızlar bu yaraşıqlı cinayətkarın şərəfinə “fanat səhifəsi” də yaradiblar. Bundan qabaq isə Miks model agentliklərindən iş təklifi almış, iki Hollivud agentliyi ilə aya 30-100 min dollar gəlirlə müxtəlif proyektlərdə iştirakla bağlı müqavilə baglamışdı.