Həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s) evi belə idi – FOTOLAR

Həzrəti Məhəmməd Peyğəmbərin (s.ə.s) evi belə idi – FOTOLAR backend

1400 il əvvəl… Səudiyyə Ərəbistanının Ciddə şəhərində Həzrəti Məhəmmədin həyatını keçirdiyi sadə evin bənzəri hazırlanıb. Məlumatda qeyd edilir ki, Həzrəti Peyğəmbərin təvazökar həyatını gözlər önündə canlandıran ev ziyarətçilər üçün həm də bir ibrət səhnəsinə dönüb.

Səudiyyə Ərəbistanının Mədinə şəhərində Həzrəti Məhəmmədin evinin və o dövrdəki Məscidi Nəbəvinin maketi də nümayiş olunur.

Peyğəmbərimiz Hz. Məhəmmədin Məkkədən Mədinəyə gəlməsinin dərhal ardından palçıq və xurma budaqlarından edildiyi yazılan, Həzrəti Aişə ilə birgə yaşadığı evin kiçikliyi ziyarətçiləri çaşdırır.
Hədislərdə Həzrəti Aişənin “Birimiz istirahət edərkən, o birimiz çətin şərtlər altında namaz qıla bilirdik” deyərək təsvir etdiyi evin tavanının alçaq olduğu da görünür.



Digər məlumata görə, Həzrəti Məhəmmədin doğulduğu Məkkədəki binanın yerində bu gün bir xalq kitabxanası var.
İddialara görə, Səudiyyə Ərəbistanı rəhbərliyi peyğəmbərin dünyaya gəldiyi məkanın ziyarət yeri halına gəlməməsi üçün bu kitabxananı tikdirib.



Diaspora