Qerxard Diter 1935-cü ildə Berlində doğulub. Sonradan ailəsi ilə birlikdə Cənubi Afrika Respublikasına (CAR) miqrasiya edib.
1956-cı ildə Hərbi Dəniz Donanması Akademiyasını bitirib. 1962-ci ildə Ebinqdon aviabazasına xidmətə göndərilib. 1958-ci ildə Djanet Koqqin adlı ingilis xanımla ailə qurub.Teleqraf.com bu məşhur casusun dosyesini təqdim edir.
1960-cı illərdən casusluq fəaliyyətinə başlayıb. Özü Cənubi Afrika Kommunist Partiyasına əməkdalıq təklif edib. 1962-ci ildə Londona gedib. Burada SSRİ Baş Hərbi Kəşfiyyatına (QRU) öz xidmətini təklif edərək bəyan edib ki, ayrıseçkiliyə qarşı mübarizəyə hazırdır. QRU tərəfindən “Feliks” kod adı altında “verbovka” edilib
Feliks QRU ilə paralel olaraq Cənubi Afrika Silahlı Qüvvələrində fəaliyyət göstərib. Həmçinin donanma zabiti kimi gələcək prezident Piter Botoy və admiral Birmanla yaxşı əlaqələr qurub. Hərbi xidmətini İngiltərəyə məxsus Kollinqvud bazasında həyata keçirib. Burada hərbiləşdirilmiş gəmilər, ingilislərin fəaliyyəti haqqında QRU-ya informasiyalar ötürüb. Həmçinin ABŞ və İngiltərənin zenit raketləri, NATO-nun silahlanması haqqında informasiya sızıntısı təşkil edib. SSRİ kəşfiyyatı Qerxard vasitəsilə Fransa istehsalı olan “Exocet” raketləri haqqında informasiya əldə edib.
Lakin qısa müddətdən sonra, onun xanımı Koqqin ərinin casus olduğunu öyrənib. Ərinin edam ediləcəyindən qorxan xanım bu məsələni açdıqda Qerxard xanımına ya casus olmağı, ya da ondan ayrılmağı təklif edib. Xanımı ondan ayrılaraq övladları ilə birlikdə İrlandiyaya gedib.
1968-ci ildə Qerxard Cənubi Afrikanın London səfirliyində attaşe işləməyə göndərilib. 1970-ci ildə o, Armscor silah istehsal edən şirkətlə əməkdaşlıq edən zabit olub. 1972-1978 illərdə Pretoridə ştab zabiti idi və quru qoşunlarının məxfiləşdirilmiş informasiyalarına, CAR-ın aviasiyasına, həmçinin Nambiyaya qarşı müharibənin aparılması aid olan sənədlərə giriş imkanına malik olub.
Qerxard burada CAR-İsrail əməkdaşlığı haqqında informasiyaları QRU-ya ötürüb, həmçinin “İerixon” raketləri barədə SSRİ-yə ilk dəfə məlumat verib.
1975-ci ildə QRU casusu Saymonstaun hərbi dəniz bazasına komandir təyin olunub. Ondan əvvəl bu bazadan İngilis donanması istifadə edirmiş. Feliks burada CAR-ın hərbi dəniz kəşfiyyatının bütün hesabatları ilə tanış olmaq imkanı əldə edib, həmçinin silah sistemləri daxil olmaqla bütün texnikanın xarakteri, izlənməsinə nail olur. Məhz bu işi səbəbindən QRU üçün casusun əhəmiyyəti bir neçə dəfə artıb. Çünki Feliksə təxminən 3 min matros və muzdlu hərbçilər tabe idi. Həmçinin bu vəzifəsi imkan verirdi ki, Feliks Cənubi Atlantikada gəmi və təyyarələri müşahidə etsin, Sakit okeanda SSRİ gəmilərinin siqnallarını tutulması haqda məxfi informasiyalarla tanış olsun. Bu həmçinin SSRİ-yə imkan verirdi ki, İngiltərənin bu ərazilərdə olan flotu haqqında dəqiq informasiyalar əldə etsin. Beləcə Qerxard 20 il ərzində SSRİ-yə ciddi məxfi informasiyalar ötürür. Məlumata görə, QRU bunun müqabilində ona 800 min İsveçrə frankı ödəyib. Digər məlumatlara görə, Qerxard hər ciddi informasiya əməliyyatına görə, QRU-dan 250 min ABŞ dolları alıb.
1982-ci ilin sonlarında Qerxard Almaniya müdafiə naziri ilə görüşür (alman olması səbəbindən) və 1983-cü ildə ABŞ-da Sirakyuz universitetində idarə və biznes üzrə qısamüddətli kurslara qatılır. Onun dostu Cimmi təklif edir ki, Nyu-Yorka səfər etsinlər. Yanvarın 25-də Feliksi Federal Təhqiqatlar Bürosunun (FTB) agentləri həbs edir. 11 günlük ciddi sorğu sualdan, habelə ailə və övladlarının təhdid edilməsindən sonra casus özü barəsində danışır və hətta ABŞ-dan geri qayıtdığı zaman Surixdə Mixail Nikolayeva ilə görüşəcəyini bildirir. Mixail Nikolayeva isə əslində “Bob” ləqəbi ilə tanınan Vitali Şılkov idi. Yanvarın 25-də “Bob” da həbs olunur. Hətta Feliksin oğlu Rut Qerxarda saxlanılır. Onların evində axtarış zamanı 100 ABŞ dolları, saxta pasportlar tapılır.
Beləcə sovet kəşfiyyatı üçün böyük uğursuzluq baş verir. QRU Şılkovun azad olunmasına çalışır, hansı ki, ona azı 20 il həbs cızası kəsiləcəkdi. QRU-nun ciddi səyləri nəticəsində “Bob” cəmi həbsxanada 3 ilini keçirdi və azad edildikdən sonra Praqaya uçur. Burada onu QRU-dan olan dostları qarşılayır.
Ordu generalı Petr İvaşutin sonradan müəyyən edə bildi ki, belə uğursuzluğa düçar olmaya səbəb daxili təhlükəsizlikdə yaranan axsamalar olub. Belə ki, QRU general-mayoru Dmitri Polyakov 1961-ci ildə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən “verbovka” edilib. Həmçinin KQB-nn Birinci İdarəsinin polkovniki Vladimir Veterov Fransız kəşfiyyatı tərəfindən əməkdaşlığa cəlb olunub. Qerxardın fəaliyyəti məhz bu iki şəxsin MKİ-yə ötürdüyü informasiya əsasında ifşa edilib.
Sonradan SSRİ general-mayor Polyakovu və polkovnik Veterovu vətənə xəyanətə görə güllələnir, lakin Feliks və oğlu Rut Qerxardı azad etmək sovet hakimiyyətinin imkanı xaricində olur.
1983-cü ilin 25 yanvarında Qerxardın həbsi haqqında rəsmi məlumat yayılır, 15 sentyabrda məhkəməsi başlanır. Məhkəmə Keyptaunda keçirilir. Onun edam olunması və güllələnməsi haqda qərarın çıxarılacağına heç bir şübhə yeri qalmırdı. Lakin Qerxard casus olmadığını, kapitalist rejimi ilə vuruşduğunu elan etdi, heç bir cinayəti boynuna almır. 1983-cü ilin dekabrında Diter Qerxard ömürlük, oğlu Rut Qerxard isə 10 il müddətinə həbs olunur. 1989-cu ildə Qerxardın qərb casuslarından biri ilə dəyişdirilməsi məsələsi gündəmə çıxsa da, bu baş tutmur.
1990-cı ildə CAR-da Fredrik Klerk prezident seçilir və ayrı-seçkiliyə qarşı ciddi addımlar atmağa başlayır. Bu zaman CAR-da bir sıra siyasi məhbuslar azadlığa buraxıldı. Qexardın oğlu da azad edilənlər arasında olur.
Diter Qerxardın azad edilməsində isə Rusiyanın sabiq prezidenti Boris Yeltsin mühüm rol oynayır. Yeltsin Moskvada CAR prezidenti Klerku ilə görüşü zamanı ondan Qerxardın azad edilməsini xahiş edir. Ancaq problem onda idi ki, Qerxardın ittiham olunduğu maddələr onun heç bir şəkildə azad edilməsinə imkan vermirdi.
1992-ci ilin 27 avqustunda Diter Qerxard ayrı seçkiləyə qarşı mübarizə aparması, SSRİ-nin siyasi maraqlarına xidmət edən siyasi məhbus kimi prezident sərəncamı ilə azad olundu. 1999-cu ildə onun kontur-admiral hərbi rütbəsi bərpa olunub.