Kraliça II Elizabet 93 yaşında olmasına baxmayaraq hələ də avtomobil idarə edə bilir, iclaslara qatılır.
Onun bu qədər uzunömürlü olmasının səbəblərindən biri də xüsusi olaraq tibbi yardım görməsidir. Kraliçanın xüsusi həkimi onun nə yeyib-içməsi ilə bağlı bildiklərini açıqlayıb. Mosaraf Ali adlı mütəxəssis bu qaydalara bütün kral ailəsinin əməl etdiyini də vurğulayıb.Nə qədər sağlam olduğunuzu necə anlaya bilərsiniz?
Kral ailəsinin özəl həkimi Mosaraf Alinin insanlara bəzi məsləhətləri:
Psixoloji və fiziki dayanıqlılıq – Sağlam insanlar səhər oyandıqlarında günə aktiv başlayır, sadəcə günün sonunda yorulurlar.
Sağlam insanlar ən tez yuxuya gedənlərdir.
Hər zaman pozitiv olan insanlarda qan dövranı da yaxşı olur.
Sağlam insanlar yeməklərə qarşı iyrənmə hiss etməz və həddindən artıq da yemək yeməzlər.
İnsan sağlamlığının problemlərinin ilk əsas göstəriciləri tez yorulmaq, yuxu problemi, az və ya daha çox yemək yeməkdir.
Dil insan vücudunda nə baş verdiyini göstərən unikal bir orqan sayılır. Əgər dilin ucu qızarıbsa, demək ki, ürəyinizdə ciddi bir problem var. Bu göstərici daha çox şirniyyat yedikdə də ortaya çıxa bilir.
Əgər dilin üzəri açıq mavi rəngdədirsə, bağırsaqların düzgün işlmədiyi anlamına gəlir.
Tünd qırmızı ləkələr anemiya xəstəliyinin simptomlarıdır.
Dilin üzərindəki sarı ləkələr isə qaraciyərdə problemin olduğunu göstərir.
Bu sadalanan göstəriciləri aşkar etmək üçün zaman-zaman güzgünün qarşısında dilinizdəki rənglərə diqqət etməniz lazımdır.
Uzun ömür yaşamaq istəyənlər üçün kraliçanın həkimi Mosaraf Ali qidalanma siyahısnı da açıqlayıb:
Bacara bilsəniz, daha çox özünüz əkib-becərdiyiniz tərəvəzlərdən yeyin.
Konservləşdirilmiş qidalardan uzaq durun. Təzə meyvə və tərəvəzi çox yeyin.
Yetərincə protein tərkibli qidalar yeyin.
Hər gün 6-8 stəkan su içməyə çalışın.
Toyuq və hind quşu ətini mal və qoyun ətindən üstün tutun.
Qızarmış yeməkləri, pendir və göbələk sevən insanlar bu qidaları mümkün qədər azaltması lazımdır.
Kral ailəsinin cavan qalması haqqında bir neçə sirri açıqlayan Mosaraf Ali əslində insanların tənbəl olduğunu, bu qaydaların çox rahat yerinə yetirilə biləcəyini vurğulayıb.