"Fil sonatası": Pionoçu ölümü gözləyən xəstə filləri klassik musiqi ilə sakitləşdirir

"Fil sonatası": Pionoçu ölümü gözləyən xəstə filləri klassik musiqi ilə sakitləşdirir backend

Musiqini eşidən fillər ona yaxınlaşırlar. Bu mənzərə hər kəsi kədərləndirir...

Qaziler.az bildirir ki, pionoçu Pol Bartonun sözün həqiqi mənasında geniş auditoriyası var. Onun əsas pərəstişkarları çəkisi 2-3 tondan az olmayan fillərdir. Təəssüf ki, onun nəhəng dinləyicilərinin əksəriyyəti ömürlərinin son günlərini yaşayan qoca və xəstə fillərdir.

Tailandda belə fillər üçün xüsusi yer ayrılıb. Bu qoruq "Fillər dünyası" adlanır. Bura təəssüf ki, veterenarın artıq kömək edə bilmədiyi fillər göndərilir. Bu yer haqda ailəsi ilə Tailandda yaşayan Pol Bartonun arvadı məlumat alır. O, ərindən öz pionosu ilə birlikdə bu "ölüm vadisi"nə getməyi xahiş edir. Mütəəssir olan Pol bu fikirlə razılaşır. Pionoçu fillərin onun musiqisinə reaksiyasını gördükdə heyrətə düşür.

Bundan sonra Pol Barton xəstə filləri tez-tez yoluxmağa gedib. Lakin onun ilk pərəstişkarı olan kor filin tezliklə ölümü ona ağır göstərir: "Onun ölümü məni sarsıtdı", - deyə musiqiçi bununla bağlı etiraf edib.

Böyük kədər yaşayan pionoçu bir qədər sonra özündə güc toplayaraq yenidən öz heyranlarının yanına qayıda bilib. Onun hər gəlişi nəhəngləri klassik musiqi ilə yaxınlaşdırır. Pionoçu inandırır ki, fillərin hər birinin sevdiyi musiqi var. Öz sevimli melodiyasını eşidən fil ona yaxınlaşaraq "oynamağ"a başlayır...

Arzu Səlim

Diaspora