Keçmiş zamanlarda qoca hindli öz nəvəsinə bir həyat həqiqətini açır
- Hər kəs daima daxilində öz-özü ilə mübarizə aparır. Çünki bizim hər birimizin qəlbində iki canavar yaşayır, - deyə müdrik hindli sözə başladı.- Necə yəni iki canavar? - məsum üzündə saxtalıqdan kənar maraq yaranan balaca oğlan soruşdu.
- Onlardan biri Şərdir! Bu, qorxu, həsəd, qəzəb, təqsir, xudpəsəndlik, eqo, alçaqlıq, təkəbbür, kədər və günah hissidir. Digər hiss isə Xeyirxahlıqdır! Sevinc, sevgi, mərhəmət, ümid, həqiqət və inamdır! - qoca hindli belə deyir.
- Bəs hansı canavar qalib gəlir, baba? - gözləri həyəcanla dolan oğlan soruşdu.
-Həmişə hansı canavarı yedizdirirsənsə o da qalib gəlir, - deyə müdrik baba cavab verir.
Arzu Səlim