Ali təhsili yarımçıq qoyan məşhurlar

Ali təhsili yarımçıq qoyan məşhurlar backend

Karyeralarında böyük uğur əldə edən bir çox insanların heç də hamısı universitet məzunu olmayıb.

AzEdu.az ali təhsil almayan və ya ali təhsilini yarıda saxlamağa məcbur qalan dünya məşhurlarının bir qismini təqdim edir:

Dünyanı kompüter əməliyyat sistemləri ilə təmin edən Microsoft şirkətinin yaradıcısı, zəngin adamların ilk onluğunda uzun illərdir ki, lider mövqeyində qərarlaşan Bill Qeyts Harvard Universitetinin tələbəsi olub.

O, 12 yaşında informatika kurslarına getməyə başlayıb. Bill Qeyts uşaqlıq dostu Paul Allen ilə birlikdə özünün kompüter proqram təminatı şirkəti olan Microsoftu yaratmaq üçün universisteti tərk edib.

Microsoft şirkəti uğur yolunda o qədər sürətlə irəlilədi ki, bir çox məşhur şirkətlər onunla əməkdaşlıq etməyə can atdılar.

Tanınmış Amerika ixtiraçısı və biznesmeni, “Apple” şirkətinin yaradıcılarından biri Stiv Cobs 1955-ci ildə ABŞ-ın San-Fransisko şəhərində anadan olub.

Əslən, suriyalı S.Cobs özünə olan inam hissinə görə həmişə yaşıdlarından fərqlənib.

O, daha yaradıcı fikirlərə sahib ola bilmək üçün Portland Reed Kollecdə təhsil almağı qərara aldı, amma sonunda kolleci vaxtından əvvəl tərk etdi.

Hollivudun məşhur rejissoru, dünya kinosunda bir çox mükəmməl filmlərin müəllifi olan Ceyms Kameron universitetdə fizika və ingilis dili təhsili almasına baxmayaraq, bir il sonra universitetdəki təhsilini dayandırdı. O, “Ulduz müharibələri” filmini seyr etdikdən sonra o rejissor olmağa qərar verib

Bakminster Fuller iki dəfə Harvard Universitetindən xaric edilməsinə baxmayaraq, o, sonradan dünyada tanınmış memar, ixtiraçı, filosof olub. Onun kreativ ideyaları öz bəhrəsini verərək, Fullerə milyonlarla dollar qazandırıb.

Dahi iqtisadçı David Rikardo gənc yaşlarından bizneslə, fond birjasında alış-veriş işləri ilə məşğul olub.

Onun heç bir universitet təhsili olmasına baxmayaraq, ölümündən sonra öz varislərinə 75 milyon funt miras qoya bilib. Uşaqlıqdan birja mühitində böyüyən, təqribən 25-26 yaşlarında olan Rikardo artıq milyonçu idi. Cəmi 12 ildən sonra isə, o ümumiyyətlə, birja əməliyyatlarında iştirak etməyi dayandırır.

Fransanın qərbində, Somüre şəhərində anadan olan Koko Şanel dünyada moda mücəssəməsi hesab olunur. Məşhur “Chanel” firmasının uğuru onun adı ilə bağlıdır.

Moda mücəssəməsi hesab olunan bu xanım nəinki iqtisadi təhsil almayıb, hətta o peşəkar dərzilik məktəbinə də getməyib. Onun ən tanınmış məhsulu – məşhur Chanel №5 ətirləri isə bu gün də istehsal olunmasından və ilk dəfə satışa çıxdığı andan 80 ildən çox keçməsinə baxmayaraq, dünyanın ən çox satılan ətri olaraq qalır.

Müğənni - bəstəkar Ledi Qaqa Nyu - York Universitetinə qəbul olmasına baxmayaraq, bütün diqqətini musiqi karyerasına başlamaq üçün sərf etdiyinə görə universiteti II kursda təhsilini müvəqqəti olaraq dayandırdı.

Amerikanın məşhur qolf ustası olan Tayqer Vuds dünyanın ən çox gəlir qazanan və yüksək əməkhaqqı ödənilən idmançılarından biridir. O, Stanford Universitetinə daxil olmasına baxmayaraq lakin universiteti qısa müddət sonra tərk edib.
Diaspora