Saxta parollar hakerlərdən qorunmaq üçün ən yaxşı vasitədir.
Qaziler.az Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin saytına istinadən bildirir ki, tədqiqatçılar qrupu tərəfindən parolları hakerlərdən daha yaxşı qorumaq üçün sistem hazırlanıb. İndi məxfi kodlar fırıldaqçıların əlinə keçsə belə onlardan istifadə mümkün olmayacaq.Əvvəllər parolların hamısı müxtəlif təşkilatların məlumat bazasına daxil olandan dərhal sonra şifrlənmə prosesindən keçirərək xüsusi alqoritm vasitəsilə rəqəmli parolu qarma-qarışıq sxemə çevirirdi. Belə məlumat saxlama sistemi hakerlər təsadüfi parolları əksinə parola çevirməyi öyrənənədək etibarlı hesab edilib.
Xüsusi proqramlar cinayətkarlara iritutumlu məlumatları emal etməyə imkan verir ki, bu da istifadəçilərin hesabını təhlükə altında qoyur.
“ErsatzPasswords” sistemi yeni mühafizə səviyyəsini - saxta parolun yaradılmasını əlavə edir. Şifrləmə və bazada saxlanmadan əvvəl parola təhlükəsizlik modul aparatının generasiya etdiyi funksiya tətbiq olunur. O, parolu elə şəkildə dəyişir ki, haker bazaya müdaxilə edəndə və sxemi şifrləyəndə təhlükəsizlik moduluna çıxış olmadan oğurlanmış parol tamamilə lazımsız olur, - "Payspacemagazine” yazır.