İnsan xarakterini dəqiq ifadə edən YƏHUDİ QOROSKOPU

İnsan xarakterini dəqiq ifadə edən YƏHUDİ QOROSKOPU backend

Bütün qədim xalqlarda olduğu kimi yəhudilər də tarix boyu öz qoroskoplarını yaradıblar.

Astroloqların fikrincə, yəhudi qoroskopu insan xarakterlərini ən dəqiq ifadə edən qoroskopdur.

Publika.az yəhudi qoroskopuna görə insan xarakerlərini təqdim edir.

Buğa - Tevet ayı

Buğa- yerin işarəsidir. O maddi dünya ilə yaxından bağlıdır. Daxii enerjisi isə sudur. Bu isə buğaların qayğıkeşliyinə işarədir. Buğalar maddi mənafelərini düşünür, gələcəkləri üçün çox nigarançılıq keçirdirlər. Öz hisslərinə çox güvənirlər. Odur ki, Tevet ayında doğulanlar çox yaxşı mühasib, hüquqşünas olurlar. Maddi dünyanın təsiri güclü olduğuna görə Buğalar çox vaxt Allaha inanmırlar.

Xərçəng - Tamuz ayı

Yəhudi qoroskopuna görə xərçəngər qayğıya, sevgiyə digər bürclərdən daha çox ehtiyac duyurlar. Qəlb ağrılarını,dərdlərini geridə qoyub önlərinə baxmaq onlara çox əziyyət verir. Xərçənglər güclərini ailələrindən, ocaqlarından alırlar. Keçmişlərini xatırlamadan yaşaya bilmirlər.

Şir - Av ayı

Av yəhudi təqviminin beşinci ayıdır. Yəhudi qaraskopuna inansaq, şir enerjisini Günəşdən alır. O, Günəşin təsiri altında olan yeganə bürcdür. Ona görə şirlər düşünürlər ki, dünya ətraflarında dönür. Onlara hörmət bəsləməyənlərdən intiqam almağı bacarırlar. Liderliyə meylli şirlər ürək xəstəliklərindən əziyyət çəkirlər.

Qız - Eylül ayı

Qızlar ideallığı və səliqəni sevirlər. Səliqəsizlik ən böyük düşmənləridir. Evlərində, işdə, maşında daim təmizlik müşahidə olunur. Qızlara tam arxalana bilərsiniz, onlar sizi yarı yolda qoymaz.Amma ən xırda səhvlərinizə görə tənqid edərlər. Bununla məqsədləri qəlbinizi qırmaq deyil. Sadəcə sizi doğru ola çəkməkdir.

Tərəzi - Tişrey ayı

Yəhudi qoroskopuna görə Tərəzi bərabərlik və harmoniya uğrunda mübarizə aparırlar. Adətən daxili aləmləri qarışıq olur. Tərəzilər həmişə mübahisədə iki tərəfə də haqq qazandırmağı bacarırlar. Yanlış addım atmaqdan çox qorxurlar. İnsanlara qarşı anlayışlı və mehribandırlar. Tərəzilər üçün güvən ilk növbdə gəlir.

Əqrəb - Heşvan ayı

Əqrəblər dəyişiklikləri sevirlər. Özlərinin və doğmalarının həyatını idarə etməyi sevirlər. Və bu nəzarəti itirməkdən çox qorxurlar. Onlar üçün sevgi hər şeydir. Hisslərinə cavab tapmayanda bu hissi nifrətə çevirirlər. Əqrəblər bağışlamağı bacarmırlar. Onlara xəyanət edəndən layiqli intiqam alırlar. Ruhları da çox güclüdür. Hissetmə qabiliyyətləri, öncdəngörmə bacarıqları var.

Oxatan - Kislev ayı

Oxatan bürcü altında doğulan insanlar optimistdirlər. Onlar hər şeyi sevirlər. Oxatanlar bütün problemləri həll etmək qabiliyyətinə malikdirlər. Oxatanlar həddən artıq nikbindirlər. Onlardan çox yaxşı müəllim, filosof və dost olur. Səyahət etməyi və azadlığı sevirlər.

Dolça - Şvat ayı.

Yəhudi qaraskopunun Şvat ayı hava ünsürlüdür. Onlar şəxsi həyatları üçün daim nigaran qalırlar. Onlar daim keçmişlərindən qaçır, həyatda yeni maraqlar axtarırlar. Köhnə sərhədlərini qırmaq üçün bütün güclərini səfərbər edirlər. Onlardan yaxşı araşdırmaçılar və sosial işçilər olur.Qurtula biləcəkləri ən böyük problem böyütdükləri "mən"ləridir.

Qoç - Nisan ayı

Qoç bürcü altında doğulanlar cəsur, güclü, eyni zamanda aqressiv olurlar. Mübarizəyə qoşulanda da düşmənlərini sonadək məhv edirlər. Nisan ayı da qədim Misirdəki yəhudilərin köləlikdən azad olmasını simvolizə edir.

Buğa - İyar ayı

İyar ayı yəhudi qoroskopunun Buğa bürcünə aiddir. Buğa yəni yəhudi dilində şor öz ayaqları üstündə durmağı bacaran heyvandır. Eyni zamanda da zəifdir. Odur ki buqalar bu iki özəlliyin sintezidir.

Əkizlər - Sivan ayı

Əkizlər hər şeyi bilmək istəyən intellektual insanlardır. Onlar üçün hər yeni informasiya ruh üçün bayramdır. Bir işə sədaqətli qalmağı sevmirlər. Əhatələrini daim dəyişirlər. Külək kimi dəyişkəndirlər. Ona görə hər gün bir əhvalda olurlar.
Diaspora