Texas universitetinin alimləri müəyyən ediblər ki, havanın qlobal çirklənməsi orta hesabla insan ömrünü 1 il qısaldır.
Tədqiqatçılar 185 ölkədə havanın çirklənmə dərəcəsini təyin ediblər.Bu, havanın bərk maddələrlə (BM), yəni ölçüsü 2,5 mikrometrdən az olan zərrəciklərlə zənginliyi ilə səciyyələnir. Sözügedən maddələr ağ ciyərə yol taparaq, ürək-damar və xərçəng xəstəlikləri riskini artırır.
Alimlərin sözlərinə görə, havanın çirklənməsi planetin hər sakinin ömrünü orta hesabla bir il qısaldır. Məsələn, Hindistan və Çində havanın keyfiyyəti 15-20 faiz yaxşılaşacağı halda, 60 yaşlı qocalar 85 yaşına qədər yaşamaq şansı qazanardılar. (oxu.az)
Hesablamalara görə, BM təsirindən ildə Amerikada 90 min, Hindistanda isə 1,1 milyon insan dünyasını dəyişir.(AzEdu.az )