Söyüş söymək insan həyatına faydalıdır- ilginc araşdırma

Söyüş söymək insan həyatına faydalıdır- ilginc araşdırma backend

Söyüş söymək və ya incidən sözlər demək insanın qürurunu yaralayır.

Uşaqlığımızdan bəri söyüşün və ya təhqirin pis bir şey olduğunu bizə deyirlər. İctimai baxımdan söyüşün çox pis bir şey olduğunu bilsək də, elmi nəticələr bunun əksini deyir. Hətta elmə görə, arada-sırada bir-iki söyüş söymək əslində ruhi sağlamlığa yaxşı təsir göstərir. Necə?

Musavat.com dünya mediasına istinadən bu mövzu ilə bağlı həyata keçirilən araşdırmanın nəticələrini təqdim edir.

SÖYÜŞ SÖYMƏK AĞRINI YATIZDIRIR

Söymək insanda "qaç, ya da döyüş" dilemmasını hərəkətə keçirir. Bu da adrenalinin yüksəlməsinə və dərhal bunun ardınca immunitet sistemində ağrıları azaldan bir təsirə yol açır. İngiltərədəki Keele Universitetində aparılan bir araşdırmanın nəticələrinə görə, söyüş söyən insanların əllərini buzlu suda daha uzun müddət saxlaya bildikləri sübut edilib. Ancaq bu təsir sadəcə gündə bir-iki dəfə söyüş söyən insanlarda işə yarayıb. Daim söyüş söyən insanlarda bu təsir özünü göstərməyib. Bunun da səbəbi daim söyüş söyən insanların söyüşə qarşı həssaslıqlarının itməsidir. Onlar söyüş söymə zərurəti yaranan anda söyüşün təmin etdiyi rahatlıq hissindən məhrumdular.

SÖYMƏK ŞİDDƏTİ MİNİMALA ENDİRİR

Söyüş söymək sayəsində şiddətə müraciət etmədən hirsi soyutmaq mümkündür. Əslində bayıra çıxmaq istəyən o şiddəti nisbətən daha zərərsiz bir kanala yönləndirir və neqativ hisslərimizi sözlə boşaldırıq.

SÖYMƏK GÜC HAKİMİYYƏTİ TƏMİN EDİR

Söyüş söyərək əslində neqativ bir durum qarşısında nəzarəti ələ keçirə bilirik. Söymək insana düşdüyü vəziyyətin öhdəsindən gələ biləcəyi gücü və əzmi verir. Yəni, başınıza heç təxmin etmədiyiniz bir şey gəldiyi zaman o durumu, o durumu yaradanları söyərək əslində həmin durumdan qurtulma, ona qalib gəlmə sürəcini də başlatmış oluruq.

SÖYMƏK PSİXOLOJİ VƏ FİZİKİ SAĞLAMLIĞA MÜSBƏT TƏSİR EDİR

Söyüş söymənin insana təmin etdiyi ən böyük fayda qan dövranını artırması, endofrin və serotoninin səviyyələrini yüksəltmək, insanın sakitləşdirilməsi, duruma hakim olmasına yardım etməsi və özünü daha yaxşı hiss etdirməsidir. Təbii ki, bu, səhərdən-axşama qədər insanlara söyüş söyməniz anlamına gəlməməlidir.
Yaradıcı tərəfi ağır basan bəzi insanlar söyüş söyəndə çox daha yaradıcı fikirlər və projelər yaratdıqlarını deyirlər.

Yəni, arada bir söyüş söymənin kimsəyə bir ziyanı toxunmadığı kimi bir çox faydası da var. Amma söyüş söymək bir xasiyyət olaraq əsla xarakterinizə yerləşməməlidir. Çünki bu halda başınız dava-dalaşdan qurtulmayacaq və çevrənizdə neqativ insan olaraq tanınacaqsınız.
Diaspora