Rus-Yapon müharibəsi dövründə batan və 130 milyard dollar dəyərində külçə qızıl daşıyan Rusiya döyüş gəmisi 113 ildən sonra Cənubi Koreyaya aid adanın sahilində tapılıb.
Teleqraf.com xəbər verir ki, bu barədə NBC kanalı məlumat yayıb.Xəbərə əsasən, Cənubi koreyalı, ingilis və kanadalı mütəxəssislərdən ibarət qrup “Dmitri Donskoy” gəmisini Ulleungdo adasının 1 kilometrliyində, 450 metr dərinlikdə aşkarlayıb.
1905-ci ildə batan Çar İmperiya Donanmasına aid gəmidə 5 min 500 külçə qızılın olduğu iddia edilir.
Gəminin gövdəsinin top atəşi nəticəsində ağır ziyan gördüyü, göyərtəsinin isə yaxşı vəziyyətdə olduğu açıqlanıb.
Sankt-Peterburqda hazırlanmış gəmi 5 800 ton ağırlığında olub və Tsuşima müharibəsində ağır zədə alıb. Kapitanın yaponların qızılları ələ keçirməməsi üçün gəmini batırdığı iddia edilir.
Shinil Qrupu batan gəmini çıxarmağı planlaşdırır və qızıllar tapılacağı təqdirdə onun yarısının Rusiya hökumətinə verilməsi barədə razılıq əldə olunduğu bildirilib.
Külçə qızılla dolu batan Rusiya gəmisi tapıldı - Video