Azərbaycanlılar Osloda festival keçirdi - Foto

Azərbaycanlılar Osloda festival keçirdi - Foto backend

Norveç Azərbaycanlıları Gənclər Təşkilatı (NAYO) bu ölkədə uşaq, mədəni müxtəliflik və sağlam qida naminə “Uşaq və yemək” festivalı keçirib.

Kult.az xəbər verir ki, Oslonun mərkəzi Saqene rayonunda təşkil olunan festivalda 15-dən yuxarı ölkənin təmsilçiləri iştirak edib. NAYO-nun baş katibi Əlizamin Cəfərli Azərbaycan gənclərinin Norveçdə daim aktiv fəaliyyətləri ilə seçildiklərini bildirib.

Norveçin İşçi Partiyasının fəal siyasətçisi və Oslo şəhər şurasının üzvü Yorqen Fos NAYO-nun bu işdə təşkilatçılığını yüksək qiymətləndirib və festivalın həqiqətən də Norveç cəmiyyətinin aktual məsələsini bir daha diqqətə çatdırdığını qeyd edib.

Qeyd edək ki, AXC-nin 100 illiyinə həsr edilmiş festivalda 500-dən artıq insan iştirak edib və onlara Azərbaycan mədəniyyəti, milli yeməklərimiz haqqında məlumat verilib.
Diaspora