Burada temperatur -98 dərəcədir.
Dünyanın ən soyuq nöqtəsiBurada havanın temperaturu -98 dərəcədir. Amerikalı elm adamları bunu müəyyən edə biliblər. Rekord soyuqluq isə Antarktikanın şimalında müəyyən edilib.
Kolorado universitetinin alimləri burada temperaturun -100 dərəcəyə kimi enə biləcəyini tapıblar. 2013-cü ildə Antraktikadakı temperaturun -93 dərəcəyə kimi endiyi müşahidə eidlib.
Alimlər NASA-ya aid peyklərdən gələn məlumatlardan istifadə ediblər.
Araşdırma aparan komandada yer alan mütəxəssis Doyle Raysın sözlərinə görə, burada hər nəfəs almaq ağrı-acı deməkdir. Hətta nəfəs alarkən belə ciyərlər və boğaz dona bilər.
Dünyanın ən isti nöqtəsi
Şimali Hindistanda yerləşən Phalodi şəhəri hazırda çox isti hava dalğasının təsiri altındadır və temperaturlar bu həftə 51 dərəcəni göstərərək ölkə rekordunu qırıb.
Ötən il isti hava Hindistanda minlərlə insanın həyatına son qoyub. Bu dəfə də insanlar həmin fəlakətin yenidən təkrarlanmasından qorxur. Hökumət eyni hadisənin təkrarlanmaması üçün ciddi tədbirlər görməyə başlayıb.
Dünyanın ən isti 10 ölkəsi sırasında Hindistan ilk yeri tutur. Bu ölkədəki istilik Cənubi Avstraliyada 1960-ci ildə baş verən və Okeaniyanın rekordu sayılan 50.7 dərəcə temperaturu geridə qoyur.