Amerikalı Çarli A. qəfil infarkt keçirib və ölümün bir addımlığında olub.
Teleqraf.com xarici KİV-ə istinadən xəbər verir ki, bir müddət komada qalan Çarli atası ilə qarşılaşdığını söyləyib:“Xəstəxanaya necə aparıldığımı xatırlayıram, ancaq huşsuz vəziyyətdə nə qədər qaldığım yadımda deyil. Həmin vaxt qarşımda iki nəfər oturub danışırdı. Onlardan birinin qüdrətli və hökmlü görkəmi var idi. Otaqda olan üçüncü nəfər isə atama bənzəyirdi.
Onların nədən danışdıqlarını xatırlamıram. Ancaq sonda biri hər şeyin yaxşı olacağını söylədi”.
Bundan sonra Çarlı komadan ayılıb. O, daha Tanrıya inandığını və Yerdəki həyatın sadəcə başlanğıc olduğunu bildirib.