Çinin tanınmış mobil telefon cihazları istehsalçısı “Huawei” şirkəti öz mobil avadanlıqları üçün xüsusi əməliyyat sistemini yaratmaq haqqında qərar qəbul edib.
İKT.lent.az-ın məlumatına görə, yeni əməliyyat sistemi “Kirin OS” adlandırılacaq. Bu əməliyyat sisteminin yaradılmasında əsas məqsəd əksər “Huawei” məhsullarının işlədiyi və “Google” şirkətinin proqram təminatı məhsulu olan “OS Android” əməliyyat sistemindən asılılığı azaltmaqdır.Çin şirkəti hazırda özünün işləyib hazırladığı “HiSilicon Kirin” çipsetinə malikdir. Bu çipsetin sonuncu versiyası olan “Kirin 930” modeli “Huawei P8” və “Huawei P8 Max” flaqmanlarında istifadə olunur.
Xatırladaq ki, bu günlərdə “Huawei” Paris mağazalarında özünün yeni “MediaPad M2” planşetini təqdim edib.