“Ata, səhrada təzə dövlət qururam... ” - Türk düşməni olan məşhur xanım

“Ata, səhrada təzə dövlət qururam... ” - Türk düşməni olan məşhur xanım backend

Aradan 100 il keçsə də, İngiltərədə bu xanım hələ də qəhrəman kimi tanınır.

Qızılı saçları, yaşıl gözləri ilə Yaxın Şərqi süzgəcdən keçirən, onu yenidən quran xanımı... Bu xanın ərəb coğrafiyasını qarış-qarış gəzərək xəritə hazırlayıb, modern Yaxın Şərqin qurulmasında iştirak edib. Kralları bu coğrafiyada taxta çıxarıb, endirib. Tayfaları tək-tək siyahıya alaraq bir-birinə qırdırıb. Beləcə İngiltərə üçün bu gün də davam edən siyasətin memarı kimi tarixə düşüb.

Teleqraf.com xəbər verir ki, bu qadın kiməsə görə Çöl Kraliçası, kiməsə görə Xatundur. Gerçəkdə isə söhbət ingilis agent Gertruda Belldən gedir.

Yeri gəlmişkən, Bell Okusford Universitetində tarix elmi üzrə təhsil alan və ilk məzun olan xanımdır.

O, 1868-ci ildə İngiltərədə doğulub. 4 illik universiteti iki ilə bitirib.1892-ci ildə İranda İngiltərə səfiri olan əmisinin yanına gedib, daha sonra dünya turuna çıxıb. İsveçrədə Alp dağlarının ən hündür nöqtəsinə qalxa bilib. 1902-ci ildə qrupla birlikdə Alp dağlarında fırtına ilə qarşılaşıb. Kəmərləri bir-birinə bağladıqları üçün 3 nəfər 53 saat yamacdan sallanılı vəziyyətdə qalıb. Ancaq fırtına zamanı pozitiv əhval-ruhiyyəsi səbəbindən bütövlükdə qrupu vəziyyətdən sağ-salamat çıxarmağı bacarıb.



1899-cu ildə Qüdsə etdiyi səfər zamanı ərəblərə onda maraq yaranıb. Daha sonra Yaxın Şərqdə arxeoloji qazıntılara qatılıb. Vaxtının çoxunu ərəb coğrafiyası ilə tanış olaraq başa vurub.

İngilis dili ilə yanaşı türk, ərəb, fransız, alman və italyan dillərini öyrənib. İslam coğrafiyasını qarış-qarış gəzərək tayfa qrupları ilə “dil bilən mələk” kimi həmsöhbət olub. Beləcə həm ərazini yaxından öyrənib, həm də kitab və xəritələr hazırlayıb.

Sonralar müharibələr zamanı onun hazırladığı kitab və xəritələrdən istifadə olunacaqdı...
1909-cu ildə Mesopotamiyaya səfər təşkil edib, daha sonra İraqın antik şəhəri Babilə daxil olub. Bell 1907-ci ildə Anadoludakı kilsələrlə bağlı araşdırma aparmaq məqsədilə Konyaya gəlib. Burada sevgilsi, İngiltərənin Konyadakı hərbi konsulu Dick Doghty Ville ilə tanış olub. Bir müddət onların arasında sevgi məktublaşmaları olub. Bu zaman gözlənilməz hadisə baş verib. Dick Doghty Ville Çanaqqala müharibəsində türklər tərəfindən öldürülüb. Gertruda Bellin türklərə nifrəti o vaxtdan başlayıb.



Sevgilisini itirdikdən sonra intiqam almaq üçün Osmanlı və türklərə qarşı fəaliyyət göstərib. Birinci Dünya Müharibəsində iştirak etmək istəyini ortaya qoyub və Qahirədə ona iş tapşırıldı. Yolu məşhur ingilis casusu Lavrencenin yanından düşüb. Əvvəllər tanış olsalar da, sonradan onlar arasında ana-oğul münasibətləri yaranıb. Bell ona rəsmi vəzifə verilməsə də, Yaxın Şərqdə Osmanlıya qarşı İngiltərə üçün işləyəcək ərəb qəbilələrini tək-tək araşdıraraq üzə çıxarıb.

Hazırladığı hesabatlar uzun illər hərbi tədbirlərdə istifadə olunub. 1918-ci ildə Osmanlı dövləti İngiltərə ilə müharibə apardığı dövrdə ərəblərin xəyanəti ilə üzləşib. Bu durum Bellin “türk sevgisinin” ortaya çıxardığı vəziyyət idi.



Bu vəziyyət sayəsində ingilislər Dəməşq və Hələbi ələ keçirib. İngilis ordusu Mosula daxil olma ərəfəsində Osmanlı təslim olub və 1918-ci ildə Mondros sülh müqaviləsi imzalanıb. Bundan bir neçə ay sonra Londonda xanım Bell yüksək dövlət mükafatına layiq görülüb.

Az sonra Məkkə əmrinin oğlu Faysal ingilislərlə razılaşıb və 1920-ci ilin martında Suriyanın kralı elan olunub. Ancaq 4 ay sonra devrilib.

Faysal bir dəfə də ingilislərdən dəstək istəyib. Bu zaman Yaxın Şərqi yenidən format etmək məqsədilə Qahirədə konfrans hazırlanıb. Bell bu konfransda iştirak edən yeganə xanım olub. Onun ideyası ilə yeni bir dövlət qurulub. İraq onun ideyasının məhsulu olaraq ortaya çıxıb.

Atasına məktubunda “Ofisdə bir günümü İraqın cənubundakı çöl sərhədini müəyyən etməklə keçirdim” yazacaqdı. Faysal isə 1921-ci ilin avqustunda İraqın kralı elan edilib. Krallıq etdiyi 12 il boyunca Faysal İngiltərənin bölgədə bir nömrəli müttəfiqi olub.



Türk düşməni işlərini yoluna qoyduqdan sonra özünün əsl peşəsi olan arxeologiya elmi ilə məşğul olmağa başlayıb.

Sevgilisi Dick Doghty Villenin ölümündən sonra heç kimlə ailə qurmayan Bell tənhalıq depressiyasına qapanıb. Yüksək dozada yuxu dərmanı içərək həyatına son verib. Yaxın Şərqi tort kimi bölən bu qadın tənha halda səssizcə bir otaqda can verib. Onu Bağdadda olan ingilis məzarlığında dəfn ediblər.
Diaspora