Xəbər verdiyimiz kimi Azərbaycan prezidenti İlham Əliyev dünya çempionatının açılış mərasimində iştirak etmək üçün ötən gün Rusiyaya rəsmi səfərə gedib.
Qaziler.az-ın "Qafqazinfo"ya istinadən məlumatına görə, dövlət başçısının təntənəli qarşılanma mərasimi maraqlı anlarla yadda qalıb.Prezident İlham Əliyev DÇ-2018-in talismanı seçilən “canavarla” görüşüb, daha sonra onunla futbol oynayıb.
Ölkə başçısı Rusiyaya çempionatda qələbə arzulayıb və azarkeşlik edəcəyini qeyd edib.