"Utancaq" Amur pələngi "siftə" ovunu parçaladı - Canavarı yedi...

"Utancaq" Amur pələngi "siftə" ovunu parçaladı - Canavarı yedi... backend

Moderator.az Rusiya mediasına istinadən xəbər verir ki, Yəhudi Muxtar Vilayətində reabilitasiyadan sonra buraxılan pələng Sayxan özünün ilk qurbanını-canavarı yeyib.

Amur pələnginin öyrənilməsi və qorunub çoxaldılması üzrə mərkəzin mütəxəssisləri sevinirlər ki, o çox çətin qənimətin öhdəsindən gəlib, çünki Sayxan xarakterinə görə utancaqdır və özünü daha çox dişi kimi aparır.

“Canavar ov üçün çətin obyektdir, ona görə Sayxan canavarı ovlaya bilibsə, mütləq dırnaqlılarla da bacaracaq” - mərkəzin baş direktoru Sergey Aramilov deyir.

Xatırladaq ki, yaralı Sayxanı 2017-nin yanvarında tapmışdılar. Həmin vaxt heyvan göz və kəllə zədələri ilə pələnglərin reabilitasiya mərkəzinə çatdırılıb, cərrahi əməliyyat ediblər.
Diaspora