"Ferrari"nin 1963-cü il buraxılışlı olan idman avtomobili 70 milyon dollara satılıb.
Modern.az-ın xarici KİV-ə istinadən verdiyi məlumata görə, bu qiymət avtomobil alışında rekord qiymətdir.Bundan qabaqkı rekord 2013-cü ildə eyni "Ferrari" modelinin satışında qeydə alınıb. Onu 53 milyon dollara əldə ediblər.
Qeyd edək ki, İtaliyanın "Ferraro" şirkəti 1962-1964-cü illərdə bu modeldən 36 dənə istehsal edib.