Bağ sahibi ağacdan asılmış məktub və pulu tapınca...

Bağ sahibi ağacdan asılmış məktub və pulu tapınca... backend

Türkiyədə maraqlı hadisə baş verib

Qaziler.az bildirir ki, Türkiyənin Biləcik rayonunda bağçasından ərik yeyən jandarmanın qoyduğu pul və məktubu tapan bağ sahibi böyük çaşqınlıq yaşayıb.

Biləciyin Deresakarı kəndində yol üstündə olan bağçasına gedən Engin Yağcı adlı şəxs ağacdan asılı bir məktub və müəyyən miqdarda pul tapıb.

"Qardaş, haqqını halal et. Bir az əriklərdən yedik. Bir qədər pul qoyduq. Jandarma" yazılan məktubu tapan Engin Yağcı müxbirə bildirib ki, onların bizə borcu yoxdur.

Bağçada gilas və ərik ağaclarına qulluq edərkən gözü ağacdakı torbaya sataşan bağ sahibi öz çaşqınlığını belə ifadə edib: "O dəqiqə getdim baxdım. İçində 10 lirə 50 qəpik pul və məktub vardı. Məktubu oxuyarkən çox duyğulandım. Altda yazılan nömrə ilə zəng edib onlara hər zaman mənim bağçamdan ərik və gilas yeyə biləcəklərini, əvəzində pul qoymamağı istədim. Çünki əsgərlər bizi və malımızı qoruyur. Onların bizə borcu yoxdur".

Diaspora