90 il əvvəl çəkilən və 17-ci əsri təsvir edən bir portretdəki adamın əlində mobil telefona bənzər əşya tutması görənləri heyrətə gətirib.
Moderator.az xəbər verir ki, 17-ci əsrdən bir səhnə təsvir edilən portret mübahisələri də öz bərabərində gətirib. Portretdə yerli Amerikalı adam ağıllı telefona bənzəyən bir cihazı sağ əlində saxlayır. Ekspertlər isə 90 il əvvəl təsvir olunan bu lövhənin keçmiş zamana səyahətin sübutu ola biləcəyini iddia edirlər.1937-ci ildə İtalyan rəssam Umberto Romano tərəfindən çəkilən portretdə ön planda duran bir adamın başında yerlilərə məxsus bir başlıq var və əlində günümüzdə istifadə edilən ağıllı telefonlara bənzəyən bir alət görünür.
Tarixçilər və tədqiqatçılar tərəfindən təhlil olunan portretdə Hindunun əlində hansı növ bir obyekt tutduğu başa düşülmür. Ancaq tarixçilər bu iddayı gülünc hesab edirlər.
Amma bunu çəkən adamın bir sənətkar olduğu üçün obyektin o dövrə xas olan bir dəmir bıçaq olmasının daha böyük bir ehtimal olduğunu da qeyd edirlər.