100 yaşlı britaniyalı qadın Doris Oliv Nettinq özünün uzunömürlülüyünün səbəbini gündə bir stəkan Guinness pivəsi içməklə bağlayır.
Qaziler.az bildirir ki, bu barədə "Metro" nəşri məlumat verib.İngiltərənin cənubundakı Plimut şəhərindən olan Nettinq II Dünya Müharibəsi bitəndən bəri hər gün bir stəkan tünd pivə içir. Qadın bildirir ki, bu köpüklü içkinin tərkibində çox miqdarda dəmirin olması təsdiqlənəndən sonra ondan istifadəyə başlayıb.
Nəvəsi bildirir ki, Nettinq onun şəfaverici xüsusiyyətinə inandığı üçün həkimlərin sözünə əhəmiyyət vermədən hər gün kiçik butulkada pivə içməyə davam edir.