Eşşək heykəli də işə yaramadı...- FOTO

Eşşək heykəli də işə yaramadı...- FOTO backend

Türkiyənin Əskişəhər bələdiyyəsi tərəfindən ətraf mühiti çirkləndirənlərə qarşı mübarizə üsulu kimi Porsuq çayı sahilində skamyada oturub günəbaxan tumu çırtlayan eşşək heykəlinin qoyulması heç bir nəticə verməyib .

Qaziler.az bildirir ki, günəbaxan qabıqlarının yerə atılmasının qarşısını almaq üçün Əskişəhərdə Porsuq çayı kənarına qoyulan Tum çırtlayan eşşək heykəlinin qarşısı yenə də günəbaxan qabıqları və məişət tullantıları ilə doludur. Xüsusilə həftə sonları çox sayda ziyarətçinin gəldiyi Porsuq çayı və ətrafındakı məişət tullantıları ərazidə yaşayan vətəndaşların etirazına səbəb olub. Vətəndaşlar bildirir ki, eşşək heykəli yalnız şəkil çəkdirmək vasitəsi olub, başqa heç nəyə yaramır.



Diaspora