Texnologiyanın inkişafı etdikcə, bizi də özündən asılı salır. Günün əsas hissəsini kompüter önündə keçirənlər real həyatdan təcrid olunub virtual həyat yaşamağa başlayırlar.
Moderator.az internet xəstələrindəki əlamətləri təqdim edir. Əgər bunlar sizdə varsa, demək siz də bu əsirin xəstələrindənsiniz.Şərait olmadığı vəziyyətdə də internetə girməyə özünü məcbur hiss edirsənsə...
Duyğularını ifadə etmək üçün mimikaların yerinə klaviaturanı istifadə etməyə üstünlük verirsənsə...
Hər yerdə, hər zaman qulağına “Facebook”un çat səsi gəlirsə...
Kompüterinə kimsənin toxunmasını istəmirsənsə...
Hər şeyi internetdə axtarırsansa...
Eyni otaqda olduğunuz birinə “Facebook”la mesaj yazırsansa...
İnterneti olmayan bir yerə getdiyini öyrənəndə gərginləşirsənsə...
Ən böyük qorxun, enerjisi bitmiş və enerji aləti olmayan bir kompüterdirsə...
İnterneti olmayan bir yeri tərk edəndə rahatlayırsansa...
Danışıqlarında internetdə gördüyün fikirlərdən daha çox istifadə edirsənsə...
Tətil planlaşdırarkən ilk maraqlandığın şey orada internetin olub-olmamağıdırsa...
Tez-tez telefonunu yoxlayırsansa...