ABŞ-da bir müddətdir ki, beyin xərçəngi ilə mübarizə aparan respublikaçı senator Con Makkeyn, öldüyü təqdirdə keçiriləcək dəfn mərasimində prezident Trampın iştirakını istəmədiyi ortaya çıxıb.
“New York Times”-ın Makkeynin yaxınlığındakı mənbələrə əsaslandırdığı xəbərinə görə, respublikaçı senatorun öldüyü təqdirdə, ABŞ prezidenti Donald Tramp dəfn mərasiminə dəvət olunmayacaq.Qəzetin xəbərinə görə, vitse-prezident Mayk Pens Ağ Evin təmsilçisi kimi mərasimdə iştirak edəcək. Digər tərəfdən, demokrat partiyasından keçmiş ABŞ prezidenti Barak Obama mərasimin dəvətli siyahısında yer alır.
Sözügedən dəfn mərasimi ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Vaşinqton Milli Kilsəsində keçiriləcək.
Müxalifət.az