Yeni Zenlandiyada fermer otlağa heyvan aparan zaman maraqlı mənzərə ilə qarşılaşıb.
Teleqraf.com “Spiegel”ə istinadən xəbər verir ki, fermer uzunluğu 200, dərinliyi 20, eni isə 20-30 metr arasında dəyişən yarğan aşkar edib.Yarğana 6 mərtəbəli bina yerləşər.
Məlumata əsasən, Rotorua bölgəsində yarğanlar tez-tez əmələ gəlir. Hadisə baş verən gündən öncə güclü yağış yağdığı bildirilir.
Geoloqların sözlərinə əsasən, bu ölçüdə yarğanın əmələ gəlməsi gözlənilməzdir. Bu, əvvəl əmələ gələnlərlə müqayisədə 3 dəfə daha böyükdür.
">