Bu iki uşağın hekayəsi hər kəsi heyrətə gətirir - Eyni gün, eyni il, eyni xəstəxana...

Bu iki uşağın hekayəsi hər kəsi heyrətə gətirir - Eyni gün, eyni il, eyni xəstəxana... backend

ABŞ-ın Louisiana əyalətində yaşayan Entoni və Jamie internet vasitəsi ilə tanış olaraq bir-birinə aşiq olublar.

Ancaq onlar bir-birinə elə 25 il əvvəl bağlanıblar.

Moderator.az xəbər verir ki, cütlük görüşməyə başladıqdan sonra hər ikisinin 14 Yanvar 1993-cü il tarixində, yəni eyni gündə dünyaya gəldikləri ortaya çıxıb.

Bir-birindən fərqli şəhərdə yaşadıqları üçün hansı xəstəxanada dünyaya gəldiklərini araşdırmağa başlayıblar. Qeydlərə baxdıqdan sonra ikisinin də 25 il əvvəl Louisianada eyni xəstəxanada dünyaya gəldiyi məlum olub.

Gənclər bir-birini tanımağa başladıqca daha çox ortaq cəhətlərinin olduğunu görərək daha da təəccübləniblər.

İkisi də eyni xəstəxanada saat fərqi ilə dünyaya gəliblər və ikisinin də solaxay olduğu ortaya çıxıb. Jamie “Əminəm ki, uşaq bağçasında də birlikdəydik. Bu çılğınlıq və qeyri-adi bir şeydir” deyə danışır.

Cütlük taleyin onları bir araya gətirdiyini düşünür və bal ayından qayıdanda həyatlarına birlikdə başlamağı səbirsizliklə gözləyirlər.







Diaspora