Həyatımızın ayrılmaz hissəsinə çevrilən “Facebook”un loqosu haqqında heç düşündünüzmü? “Facebook”un loqosunun niə mavi olduğunun səbəbi açıqlanıb.
Moderator.az xəbər verir ki, bu sosial şəbəkənin qurucusu Zukerberqdə rəng korluğu var. Mark sadəcə mavi rəngi yaxşı seçə bilir. Bu səbəbdən də o, “Facebook”u yaradarkən, məhz mavini loqo rəngi kimi seçib.Qeyd edək ki, 25 milyard dollar dəyəri olan “Facebook” sosial şəbəkəsinin qurucusu Mark Zukerberq “Forbes” jurnalı tərəfindən dünyanın ən varlı adamları siyahısına daxil edilib.
“Facebook”dan ildə cəmi 1 dollar maaş alan Mark ofisdə işçilərlə eyni masada əyləşərir. Zukerberq həftədə 5 gününü və gündə 10 saatını ofisdə keçirir.
Zukerberq “Facebook” üçün ona təklif edilən ilk milyard dolları rədd edəndə onun 22 yaşı var idi.