Dünən Çernobıl hadisəsinin 32-ci il dönümü qeyd olundu.
Bu arada Rusiya mətbuatı Çernobıl şəhərindən iki kilometr aralı ola Pripyat şəhəri haqda məlumat yayıb. Yazıda bildirilir ki, şəhər şimaldan doqquz kilometr Belarusla sərhəddir. Burdan da Çernobıl hadisəsindən sonra aprelin 27-də əhali kütləvi şəkildə köçürülüb. Hadisədən sonra çiçəkli şəhər olan Pripyatda da hər şey məhv olub. İndi çoxları buranı ölü şəhər adlandırır.Bu əraziyə ilk dəfə 1970-ci ildə insanlar gələrək məskən salıblar. Tez bir zamanda şəhərdə bir-birinin ardınca kinoteatrlar, ticarət mərkəzləri, uşaq bağçaları və mikrorayonlar salınıb. Şəhər gözəlliyi ilə həmişə diqqəti çəkib. 1986-cı il aprelin 26-da isə Çernobıl hadisəsinin baş verməsi zamanı 115 mindən çox insanın həyatı təhlükəylə üz-üzə qalıb.
On altı il ərzində bütün gözəllikləri özündə əks etdirən Pripyat şəhəri indi ölü şəhər adlandırılır. Çernobıl hadisəsindən sonra burda heç kim yaşamır. Şəhərə qayıtmağı isə heç kim düşünmür. İnsanlar deyir ki, şəhərdəki radiasiya şüalarının təmizlənməsi üçün ən azı iki yüz il vaxt lazımdır.
Moderator.az şəhərin xarabalıqlarını əks etdirən fotoları təqdim edir.