1988-ci il: Permdə şok olay – başsız “adamlar” hər gecə kəndi gəzir...

1988-ci il: Permdə şok olay – başsız “adamlar” hər gecə kəndi gəzir... backend

90-cı illərin əvvəllərində Permdən olan jurnalist B. Bajutin şəxsən Perm rayonunun cənubunda Andronovo kəndində baş verənlərlə bağlı apardığı araşdırma haqqında yerli qəzetdə məlumat vermişdi.

Teleqraf.com jurnalistin bu kənddə 1988-ci ilin iyul ayında baş verən hadisələrlə bağlı izləyicilərin dilindən olan araşdırmasını təqdim edir:

Çernuşinski Rayon Partiya Komitəsinin birinci katibi V.Kopılov vəziyyətə aydınlıq gətirməyə çalışır:

- Anlayırsız, "Şəfəq" və “Qorki” adlı bu iki sahədə həqiqətən qeyri-adi nələrsə baş verir. Tam olaraq nə?.. Bilirsiniz, bunları açıqlamaq mümkün deyil.

Kənddə yaşayan kəndli qadınlardan biri:

- Biz, o qeyri-adi canlı ilə sahənin kənarında qarşılaşdıq. Mən yolun kənarı ilə gedirdim, o da mənimlə qarşı-qarşıya gəldi. Əvvəlcə diqqət etmədim. Bir neçə addım qaldıqda, baxdım... Onun başı yox idi. Və o, elə qeyri-adi idi ki... Yox, o, insan deyildi.

“Qorki” kolxozunun arıçısı Q. Şaroqlazov:

- Bu, 16 iyul gecəsində baş verib. Mən, hər zamanki kimi, meşə arıçılıq təsərrüfatında idim. Gecə yarısı köşkdən təmiz hava almaq üçün çıxdım.

Sonra iki parlaq obyekt gördüm. Onlar yerdən təxminən iki yüz-üç yüz metr yüksəklikdə idilər. Mən isə onlardan 5 kilometr məsafədə idim. Bu məsafədən obyektin dəqiq formasını və ölçüsünü müəyyən etmək çətin idi. Mənim fikrimcə, o, oval şəkilli, yumurtavarı idi. Bir neçə dəqiqə sonra onlardan biri yoxa çıxdı. Və yenidən eyni yerdə bir daha peyda oldu. Mən bu iki UNO-nu izlədim və fikirləşdim ki, belə möhtəşəm qurğuları kim yarada və göyə buraxa bilər, sonra isə gedib yatdım.

"Sübh" fermasının südçüsü L. Medvedev:

- İyulun 16-da səhər 5-in yarısında fermaya getdim. Hava yeni işıqlanırdı. Gördüm ki, təpədən mənə tərəf qaranlıq nəsə surətlə gəlir. Sanki kimsə motosiklet sürür. Əvvəlcə diqqət etmədim. Məni nəsə kənara itələdi. Sonra düşündüm ki, əgər bu motosikletdirsə, bəs, mühərrikinin səsi niyə eşidilmir?

Diqqət etdikdə gördüm ki, heç bir motosikl yoxdur. Qara siluet yol boyunca çox sürətlə gəlirdi. Bəstəboydu. Ayaqları qısa, əlləri isə çox uzun idi. Başın yerinə çiyinlərdə kiçik hündürlük vardı... Qorxudan nə edəcəyimi bilmədən donub qalmışdım. Fiqur isə mənə yaxınlaşırdı. Fiqur birdən işıqlandı, sanki içində lampa yandırıldı. Sonra parlaq olub yoxa çıxdı. Mən tez fermaya tərəf qaçdım. Qaçanda arxaya baxarkən, yenidən yol boyunca hərəkət edən o fiquru gördüm.

Ocaqçı V. Çikodanov:

- Luda Medvedyeva qorxmuş halda qaçaraq fermaya girdi. Uşaqlarla birlikdə onu dinlədikdən sonra, növbəti axşam o sahənin yaxınlığında bir tələ təşkil etmək qərarına gəldik. Avtobus və KamAZ-la böyük bir qrupla ora getdik. Uzun müddət gözlədik, amma heç kimi görmədik. Sonra ora gələn hər kəs çıxıb getdi... Ancaq biz üçümüz - Saşa Sannikov, Sergey Kokorin və mən qaldıq. Sahənin yaxınlığındakı anbarda gizləndik, bir neçə saat daha gözləmək qərarına gəldik. Anbarın açıq qapılarının yanında oturub gözləyərkən gördük ki, alaqaranlıqda, bizdən üç yüz metr uzaqlıqda iki qara başsız canlı göründü. Onlar sahəni çox sürətlə keçdilər və təpənin arxasında itdilər.

Gözətçi V. Melçakov:

- Mən isə bu qəribə canlıları tam fərqli bir yerdə gördüm. Gecənin ilk saatında siqaretimin bitdiyinin fərqinə vardım. Siqaret götürmək üçün qonşularından birinə getdim. Evə yaxın ərazidə iki başsız böyük adamlarla qarşılaşdım. Onlar mənim bir neçə addımlığımdan keçdilər.

Mehtər Q. Medvedev:

- İyul ayında beş gün ərzində gecələr eyni sahədən keçən ucaboy, başsız qara canlılar gördüm. Onlar adətən cüt peyda olurdular. Onlara at ilə çatmaq fikrinə düşmüşdüm. Amma mən atı çıxarıb, minənə qədər onlar yox oldular...

Diaspora