Bu ev bitkisinə toxunmaq və iyləmək olmaz!

Bu ev bitkisinə toxunmaq və iyləmək olmaz! backend

Uşaqlığınızdan bəri evlərdə görməyə vərdiş etdiyimiz bu bitki əslində təhlükəlidir.

Əgər sizin də evinizdə bu çiçək varsa, diqqətli olun. Söhbət xalq arasında "ağlayan çiçək" kimi tanınan "diffenbaxiya"dan gedir. Türkiyəli uşaq həkimi Ümid Sarıcısı bu ev bitkisinin xüsusən uşaq böyüyən evlər üçün təhlükəli olduğunu bildirib.

Qaziler.az lent.az-a istinadən mütəxəssisin bu çiçəyin təhlükələri haqqında fikirləri ilə sizi də tanış edir. Həkim və qrupu tərəfindən aparılan araşdırmalara görə, diffenbaxiyaya əllə toxunmaq və iyləmək belə, uşaqlara zərər verir.

Diffenbaxiyanın səbəb olduğu zəhərlənmə hallarında gülün yarpaqlarının əllə ovulması, qoparılması və tapdalanması nəticəsində əl, dil və dodaqlarda şişmə, yanma, ağrı meydana gələ bilər. Eyni zamanda, nəfəs yolu tıxanıqlığı, tənəffüs çatışmazlığı kimi ciddi problemlər də ortaya çıxır: "Buna görə də valideynlər uşaqlarına diffenbaxiyaya uzaqdan baxmağı məsləhət görməlidirlər. İri yarpaqları və qalın gövdəsi ilə gözəl ev çiçəyi olan diffenbaxiyaya qulluq etmək son dərəcə asandır. Eyni zamanda, tez böyüyən bitkidir. Olduğu mühitə uyğunlaşan diffenbaxiya çiçəyi hər yerdə asanlıqla böyüyür və yetişir".

Bu bitki sürətli böyüyür, qısa zamanda çox yarpaq çıxarır. 200-ə qədər növü olduğu fərz edilsə da, elmə 56 növü məlumdur. Evdə diffenbaxiya yetişdirmək istəyirsinizsə, bitkinin olduğu mühitin davamlı havalı və küləkli olmasına diqqət edin. Küləkli mühiti çox sevən diffenbaxiya Günəş işığı almasa belə, olduğu mühitin işıqlı olmasını istəyir.
Diaspora