İndoneziyada yerləşən bu bazar dünyanı şoka salıb.
Axar.az xəbər verir ki, bu bazar dünyanın ən qorxunc yeyinti qidaları satılan bazarıdır. Bu bazarda itlər, meymunlar, piton ilanları, donuzlar, pişiklər və siçanlar iplə boğularaq öldürülür. Öldürülən heyvanlar daha sonra hisə verilərək müştərilərə satılır.İndoneziyadakı bu qorxunc bazardan fotolar çəkən Raymond Vaş adlı şəxs bazarın nə dərəcədə qorxunc olduğunu dilə gətirib.
Raymond tutulan bütün heyvanların bazara gətirilərək eyni aqibət yaşadığını bildirib. Sadə bir fərq ondadır ki, itlər digər heyvanlardan fərqli olaraq öldürülmədən öncə bir müddət qəfəsdə saxlanılır.
Fotoları təqdim edirik.