Alimlər "Ginnesin Rekordlar kitabı"na düşmüş DÜNYANIN ƏN ACI BİBƏRİNİN SİRRİNİ açdılar...

Alimlər "Ginnesin Rekordlar kitabı"na düşmüş DÜNYANIN ƏN ACI BİBƏRİNİN SİRRİNİ açdılar... backend

Tibb işçiləri dünyanın ən acı bibəri olan “Karolina biçinçisi”nin orqanizmə necə təsir etdiyini öyrəniblər.

Moderator.az Ria Novosti-yə istinadən xəbər verir ki, həkimlər müşahidələrini BMJ Case Reports jurnalında dərc ediblər.

Bunun üçün onlar 34 yaşlı kişiyə təklif ediblər ki, bibəri yesin. Nəticədə onun başında və boynunda bir neçə gün davam edən kəskin ağrılar başlayıb. Bununla belə onun nitqində qeyri-dəqiqlik, görməsi və zəifləməsi ilə əlaqədar başqa simptomlar yaranmayıb.

Kompüter tomoqrafiyası onun beynində bir neçə arteriyanın azalmasını aşkar edib. Həkimlər aydınlaşdırıblar ki, kişi kəskin baş ağrıları yaradan beyində qan dövranının pozulmasından əziyyət çəkir. Beş həftə keçəndən sonra onun vəziyyəti normallaşıb, ağrılar keçib, arteriyalar isə əvvəlki vəziyyətinə qayıdıb.

“Karolina biçinçisi”- çili növü dünyanın ən acı bibəri kimi Ginnesin rekordlar kitabına düşüb. Hər il insanlar onun sürətlə yeyilməsi üzrə rekord qazanmaq istəyirlər. Hal-hazırda rekord Ueynu Alcenioya məxsusdur. O 2016-cı ildə bir dəqiqəyə 119 qram bibər yeyib.
Diaspora